Nida.az
“Ümumi düşmən”: “Balaca qardaşlar” Moskvaya qarşı niyə birləşdi?
“Cənubi Qafqazda artıq qəbul edilmiş bir ifadə var: Gürcüstanda dəniz, Azərbaycanda neft, Ermənistanda isə diaspora var. Həqiqətən də İrəvanın xarici siyasətinə erməni diasporunun təsiri həddindən artıq hiss olunur”.
Publika.az xəbər verir ki, bu sözlər erməni diasporu haqqında Rusiyanın “Vestik Qafqaz” nəşrində dərc olunan yazıda yer alıb.
Qeyd olunur ki, xaricdə yaşayan erməni əhalisinin sayı
Ermənistanda yaşayan ermənilərdən iki dəfə çoxdur. Qeyri-dəqiq
hesablamalara görə, xaricdə yaşayan 5 milyon ermənidən təxminən
yarısı Rusiyada yaşayır. Nəşr yazır ki, erməni milyonçularının
güclü maliyyə dəstəyindən istifadə edən diaspora 1920-ci illərdə
Türkiyəni 1915-ci il “erməni soyqırımı”nı tanımağa məcbur etmək
istiqamətində formalaşan hərəkat kimi formalaşdı.
Ermənilərin böyük sayının nəzərə alan Rusiyanın erməni diasporu ilə
münasibətləri yaxşı idi. Ən azından hansısa neqativ hallar
olmurdu.
Yazıda vəziyyətin son zamanlar dəyişdiyi, xüsusilə ABŞ-da erməni diasporunun siyasi güc kimi ortaya çıxmasından sonra Rusiyadakı erməni diasporunun rəhbərliklə münasibətlərinin qırıldığı bildirilir: “İyulun ortalarında Moskvanın Basma məhkəməsi dünyada erməni diasporunun ən zəngin 10 adamından biri olan biznesmen Levon Ayrapetyanı həbs etdi. Ona qarşı mənimsəmə və sui-istifadə, həmçinin qeyri-qanuni yolla qazanılmış pulların leqallaşdırılması ittihamları irəli sürüldü. Lakin o, bu ittihamları qəbul etmədi”.
Nəşr qeyd edir ki, Ayrapetyana dəstək olaraq əvvəlcə İrəvanda aksiya keçirildi: “Orada elan edildi ki, Rusiya hakimiyyətinə təzyiq olaraq bu aksiyalar başqa ölkələrdə də keçiriləcək. Diaspora birgə və mütəşəkkil hərəkətə keçdi. Avqustun 22-də Nyu-Yorkda Rusiyanın konsulluğu qarşısında aksiya keçirildi, əllərində qondarma “Dağlıq Qarabağ Respublikası”nını bayrağı və “Levon Ayrapetyana azadlıq” şüarları olan plakatlar tutmuşdular. Bu provokasiyaya da bənzəyir. Çünki cinayətkar erməni biznesmenə mesenat imici sırımağa çalışırlar. Burada sual doğuran məsələ isə, erməni diasporunun Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdə aksiya keçirərək Rusiyaya qarşı çıxmalarıdır. Erməni diasporu biznesmen adı altında gizlənərək beynəlxalq səviyyədə anti-rusiya fəaliyyətinə qoşuldu. Amerika ermənilərinin özləri də etiraf edir ki, ən güclü olduqları bu ölkədə bəzən bir-birilərinə qarşı ziddiyyətli addımlar atır, parçalanırlar. Nəticədə bir sıra qətnamələr Konqresdə dəstək qazanmır. İndiki halda Rusiyanın ümumi düşmən kimi təqdim edilməsi və “ümumi düşmənə” qarşı birləşmək, xüsusilə Qərbin sanksiyaları fonunda olduqca əlverişlidir”.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu