Qırmızı.az
Azərbaycanın elektron imzası beynəlxalq səviyyədə tanınıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi (MHM) ISO/IEC 27001:2005 standartının tələblərinə uyğun olaraq İnformasiya Təhlükəsizliyinin İdarə olunması Sistemini tətbiq edib.
MHM-dən Publika.az-a verilən məlumata görə, mərkəz bu beynəlxalq informasiya təhlükəsizliyi standartı üzrə sertifikatlaşmadan keçən ilk dövlət strukturudur.
MHM Azərbaycanda açıq açar infrastrukturunun operatorudur. Sertifikatın alınması sertifikatlı xidmətlərin milli mərkəzinin fəaliyyətinin təminatını beynəlxalq standartlara əsasən təsdiq edir. Standartın tətbiqi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində xüsusi aktuallıq kəsb edir. Elektron xidmətlərin ISO 27001 standartına uyğun sertifikatlaşması şəffaflığı təmin etməyə və vətəndaşların həmin xidmətlərə çıxışını sadələşdirməyə imkan verir.
ISO 27001 təşkilatın öz informasiya resurslarını müdafiə etmək qabiliyyətinin nümayişi üçün informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə tələbləri müəyyən edir. Bu gün milli qanunverici aktların əksəriyyətində elektron imzanın beynəlxalq səviyyədə tanınması məsələsi (onunla bağlı açarlar və onların sertifikatları) müvafiq qaydaların əlavə edilməsi ilə təmin olunur.
Gülnar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR