Ukraynada 100-dən çox separatçı öldürüldü
Bizi izləyin

Dünya

Ukraynada 100-dən çox separatçı öldürüldü

Son bir sutka ərzində Ukrayna anti-terror qüvvələri 100-dən çox separatçını məhv ediblər. Rusiya ordusu da Ukrayna mövqelərini atəşə tutmaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə anti-terror mərkəzinin mətbuat katibi Leonid Matyuxin məlumat verib.

“Anti-terror zonasında aktiv hərbi əməliyyatlar davam edir. Petrovskoe məntəqəsi yaxınlığında düşmən birləşmələri atəş zərbəsilə məhv edilib. Kəşfiyyatın məlumatna görə, bizim zərbələrimizdən sonra düşmən mövqelərində güclü partlayışlar baş verib”, - Matyuxin bildirib.

Matyuxinin sözlərinə görə, əməliyyatlar nəticəsində sutka ərzində separatçıların 3 BM-21 “Qrad” qurğusu, 1 zirehli transportyor, 1 BRDM, 1 “KamAZ” və yüzdən çox canlı qüvvəsi məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm