Qırmızı.az
Avtobus minik maşını ilə toqquşdu: 5 yaralı
Qaxda sərnişin avtobusu ilə minik maşını toqquşub, 5
nəfər xəsarət alıb. Hadisə Qax rayonu Turaclı kəndi ərazisində baş
verib.
Nəticədə 1949-cu il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakini
Məmməd Kərim oğlu Əmrahovun idarə etdiyi “LAZ” markalı 02 BC 942
dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Qax rayonu Turaclı kəndi
istiqamətində hərəkətdə olarkən qarşıdan gələn avtomobilin yoluna
çıxması səbəbindən qarşıdan gələn 1979-cu il təvəllüdlü, Mingəçevir
şəhər sakini Zaur Firuz oğlu Məmmədovun idarə etdiyi “VAZ 21015”
markalı 46 BG 615 dövlət nömrə nişanlı minik maşını ilə
toqquşub.
Toqquşmadan sonra sərnişin avtobusu aşıb, minik maşını isə
deformasiyaya uğrayıb. Baş vermiş qəza nəticəsində “VAZ-21015”
markalı maşının sürücüsü Zaur Məmmədov, onun sərnişinləri, 1982-ci
il təvəllüdlü Mingəçevir şəhər sakini Elnar Şeyx oğlu Rəcəbov və
1977-ci il təvəllüdlü, Qax rayonu Zəyəm kəndində anadan olan və
hazırda Mingəçevir şəhərində yaşayan Fərqan Aydın oğlu Əmranov və
sərnişin avtobusunda olan sərnişinlərdən, 1950-ci il təvəllüdlü,
Şəki rayonu Baş Göynük kənd sakini Ceyran Süleyman qızı Ağasıyeva
və 1959-cu il təvəllüdlü Şəki rayonu Baş Göynük kənd sakini Sevda
Cəfər qızı Əmrahova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri
ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Qax RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya
daxil olan yaralılardan Fərqan Əmranov, Zaur Məmmədov və Elnar
Rəcəbov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda
onların vəziyyəti orta-ağır hesab olunur. Ceyran Ağasıyeva və Sevda
Əmrahovanın xəsarəti yüngül olduğundan onlara ilkin tibbi yardım
göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə
buraxılıblar. Faktla bağlı Qax rayon polis Şöbəsində cinayət işi
başlayıb, araşdırma aparılır.
Qəza törədən sərnişin avtobusunda 15 nəfərə yaxın sərnişin olub,
onlar Şəkinin Baş Göynük kəndindən Qax rayonunun Turaclı kəndinə
hüzur mərasiminə gedirlər.
/anspress.com/
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR