Tabloid.az
Ötən ayın ən yaxşı fotoları
Yayın axrıncı ayı kimi avqust fotoları məxsusi təravəti ilə seçilir.
Publika.az-ın məlumatına görə, burada Yaponiyada 35 dərəcə isti
olan bir gündə açıq akvariumda olan belyuqanın insanların üzərinə
su çiləməsindən, Madrid səmasında binaların arasında super-ay
şəklinə kimi maraqlı anların təsviri var.
Almaniyada inanılmaz ikili göy qurşağı, Ferqusonu hörümçəktoru kimi
əhatə edən ildırımlar silsiləsi kimi gözəl və maraqlı şəkillər
avqust ayının ən yaxşılarıdır.
Lakin avqust buraxılışının həm tarixçəsi və həmdə məxsusi anı ilə
heyrətləndirən ən yaxşı şəkillərindən biri Qahirədə çəkilib.
Şəkildə batan günəş sanki Xeops piramidasının ucunda durur. Şəkil
Qahirədə yaşayan 35 yaşlı argentinalı Xorke Kano tərəfindən
çəkilib. Kano mühəndisdir və Qahirədə 9 mərtəbəli binada yaşayır.
Onun dediyinə görə, Qahirəyə gələndə məxsusən piramida görünüşlü ev
axtarır.
“Mən professional fotoqraf deyiləm, amma çəkilişlərlə çox
maraqlanıram”- deyə Kano bildirib.
Evində yaşayarkən o batan günəşin piramidasın çox çəkib. Lakin o
istədiyi anı tutmaq üçün, günəşin ideal şəkildə piramidaya
“oturmasını” bir il gözləyib və nəhayət bu ay istəyinə nail
olub.
“Mən hesablamalarımı aparıb gözləyirdim (günəşin ideal şəkildə
“dayanmasını”). Nəhayət o an gəldi və mən şəkili çəkdim” –deyə
mühəndis aydınlıq gətirir.
Maraqlı məqamlardan biri də budur ki, argentinalı mühəndis unikal
fotosunu adi “G15” cib kamerası ilə çəkib. /anspress.com/
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR