Nida.az
Moskva təşviş içində: Bakı və Aşqabad Rusiyanı “ofsayd”a salır
Ukraynaya təsirini itirməsindən sonra Rusiya rəhbərliyi
baxışlarını Şərqə, Asiyaya doğru yönəltdi. Orada Rusiyaya qarşı
ikinci cəbhənin açılması mümkün ola bilər. Hansı ki, ABŞ
qoşunlarının 2016-cı ilə qədər Əfqanıstandan çıxarılmasından sonra
Putin hökuməti üçün yaxşı heç nə gözlənilmir.
SSRİ dağılandan sonra elə bir keçmiş ittifaq ölkəsi yoxdur ki,
Rusiyaya qarşı dost və düşmən mövqelərdə olmasın. Gürcüstan,
Özbəkistan və Türkmənistanın üz döndərməsi, Azərbaycan
torpaqlarının erməni işğalına görə burada Rusiya təsirinin itməsi,
Belarusun hiyləgər manevr etməsi qloballaşmanın nəticəsi olaraq
özünü büruzə verir.
Publika.az xəbər verir ki,
Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri post-sovet
məkanındakı prosesləri şərh edib.
Türkmənistan Rusiyadan tədricən uzaqlaşır, hərçənd Rusiya ilə
ticarət dövriyyəsi əvvəlki kimi qalmaqdadır. Lakin Cənubi Koreya
şirkətlərinin Türkmənistanda 5,5 milyard dollar həcmində ümumilikdə
doqquz layihəni həyata keçirməsi diqqətçəkəndir. Aşqabadla bu ölkə
arasında Seul qaz emalı zavodunun tikintisi üçün daha 4 milyard
dollar həcmində saziş imzalanıb.
Hazırda bu ölkədə Türkiyə geniş tikinti işləri aparır, fransızlar
elit obyektlər inşa edir, yaponlar qaz-kimya zavodunu yenidən bərpa
edir, almanlar orta biznesi inkişaf etdirir və türkmən valyutasını
saxlayırlar, ingilislər valyutanı çap edir, italyanlar pambığı alır
və s.
Bütün bunlar təəccüblü deyil. Ölkə müstəqil iqtisadiyyat yaradır,
Rusiyanın köməyi olmadan nailiyyətlər əldə edir. 17,5 trilyon
kubmetr qaz ehtiyatlarına malik ölkə Azərbaycandan qat-qat böyük
olsa da, orada cəmi 5 milyon insan yaşayır. Digər tərəfdən, Aşqabad
Moskvanı strateji müttəfiqi hesab edir, lakin Avrasiya İqtisadi
İttifaqına daxil olmaq fikrində deyil. Faktiki olaraq bu gün
Türkmənistan və NATO ölkələri Xəzər vasitəsilə Azərbaycana, oradan
da Avropaya qaz kəmərini çəkməyə hazırdır. Danışıqlar ən yüksək
səviyyədə aparılır. Bununla yanaşı, Aşqabad Əfqanıstanda sülh
təminatçısı kimi çıxış etmək niyyətindədir. NATO-nun iştirakı ilə
2015-ci ildə digər qaz kəmərinin
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan marşrutu ilə çəkilməsi
nəzərdə tutulur.
Bu gün Rusiyanın təhlükəsizlik buferində türkmən əlaqələrinin yox olması NATO-nun Xəzərdə meydan oxuması isə nəticələnə bilər. Türkmənistanla birgə Azərbaycanın da burada yer alması Rusiya üçün təhülükəsizlik buferinin dağılması deməkdir.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO