Qırmızı.az
Yaşayış evləri arasında ara məsafəsi ilə bağlı qaydalar dəyişdirilir
Nazirlər Kabineti "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"da dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, hökumətin qərarına əsasən, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın 9-cu hissəsindən "kənd ərazilərində və" sözləri çıxarılıb və həmin hissəyə "divar hündürlüyünün 0,4 hissəsi" sözlərindən sonra "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi" sözləri əlavə edilib.
Qeyd edək ki, bundan əvvəl qaydalara görə, ara məsafəsi olaraq
divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi
yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri,
müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi,
yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə
tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25
hissəsi qəbul olunurdu.
Gülnar Əliyeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu