NATO: “Ukraynada Rusiyanın dörd batalyonu qalır”
Bizi izləyin

Dünya

NATO: “Ukraynada Rusiyanın dörd batalyonu qalır”

Ukraynanın ərazisində Rusiya Silahlı Qüvvələrinin dörd batalyonu qalır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı, general Filip Bridlav “Azadlıq” radiosuna bildirib.

Onun sözlərinə görə, Rusiya qoşununun bir hissəsini Ukrayna ərazisindən çıxarsa da, onlar Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə qalırlar.

“Rusiyanın on batalyonu Ukrayna ərazisində idi. Düşünürəm ki, onlardan dördü hələ də qalır. Rusiya Ukraynanın şərqindən öz güclərini çıxarır, amma onların qayıtması da istisna deyil”, - Bridlav deyib.

NATO generalı həmçinin vurğulayıb ki, Rusiya tətbiq etdiyi hibrid müharibə metodları Avropanın təhlükəsizliyini hədələyir: “Son yetmiş il ərzində sələflərimizin böyük işinə baxmayaraq, Avropa hazırda vəziyyət gərgindir. Rusiya güc hesabına bir neçə ölkənin ərazi müstəqilliyini pozaraq onların sərhədlərini dəyişdirib. Rusiya həmin ölkələrin ərazisini qanunsuz zəbt edib və bunu heç zaman tanımayacağıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm