Nida.az
Zakir Həsənov fərqlənən hərbçiləri mükafatlandırdı - Foto
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.
Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin,
raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin,
döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub,
praktiki raket buraxılışları və bombalama həyata keçirilib.Təlim
nöqtələri, texniki təminat, təmir-bərpa, səyyar ideoloji
məntəqələrinə və mobil səhra hospitalına baş çəkən Müdafiə naziri
general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən hərbi
qulluqçuları mükafatlandırıb.
Müdafiə naziri təlimə cəlb olunan hərbi texnika və silahlara baxış
keçirib. Təlimdə iştirak edən şəxsi heyət qarşısında çıxış edən
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya
qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini və təlimin
məqsədlərinə müvəffəqiyyətlə nail olunduğunu bildirib.
Sonda təlim poliqonunda döyüş texnikasının keçidi və aviasiyanın
uçuşları həyata keçirilib. Təlimlər sentyabrın 20-dək davam
edəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR