Obama: “Bu, Putin üçün minlərlə sözü əvəz edəcək”
Bizi izləyin

Dünya

Obama: “Bu, Putin üçün minlərlə sözü əvəz edəcək”

“Ukrayna prezidenti Pyotr Poroşenkonun Ağ Evdə olması Putinə deyilən minlərlə sözün əvəzidir”.

Publika.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Prezidenti Barak Obama ölkəsində səfərdə olan P.Poroşenko ilə qarşıdakı görüşü şərh edərkən deyib.

“Pyotr Poroşenkonun Ağ Evdə olması Vladimir Putin üçün minlərlə sözü əvəz edəcək. Həm ingilis dilində, həm də rus dilndə”, - B.Obama söyləyib.

ABŞ prezidenti Ukraynanı Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın təsdiqinə görə təbrik edib. ABŞ prezidenti razılaşmanın sabit və çiçəklənən iqtisadiyyat üçün bünövrə olacağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm