Nida.az
Polad Bülbüloğlu: “Bizə təsir etmək istəyirlər”
"Müxtəlif güclər, ölkələr bizə təsir etməyə çalışır, müxtəlif
piar kampaniyalar aparılır. Amma biz bunu sakit qarşılayırıq. Çünki
bizdə təzyiq işləmir”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu İTAR-TASS-a açıqlamasında
“Rusiya ilə əməkdaşlıq Azərbaycana çətinlik yarada bilərmi?”
sualını cavablandırarkən deyib.
Səfir bildirib ki, Azərbaycanla Rusiya strateji partnyordur: “Biz
200 ildən çox bir yerdə yaşamışıq, böyük zəncirlərlə bir-birimizə
bağlıyıq. Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət
göstərir.
Bizim prezidentimiz peşəkar diplomatdır. Biz suveren siyasət
yürüdürük”.
Ukrayna hadisələrinə toxunan səfir qeyd edib ki, bu, onların daxili işidir.
“Bakıda həmişə buna belə yanaşıblar. Ukraynada faktiki olaraq
vətəndaş müharibəsi gedir. Hesab edirik ki, istənilən siyasi
münaqişəni siyasi yolla, danışıqlar yolu ilə nizama salmaq
lazımdır. Azərbaycan dövlətlərin ərazi bütövlüyünün tərəfdarıdır.
Hesab edirik ki, II Dünya müharibəsindən sonra yaranmış dünya
nizamını pozmaq olmaz”, - deyə P. Bülbüloğlu bildirib.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi