Nyu-Yorkda İŞİD həyəcanı
Bizi izləyin

Dünya

Nyu-Yorkda İŞİD həyəcanı

Terror aktı ehtimalı ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Publika.az “TRT xəbər”ə istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının internetdəki çağışırına əsasən, Nyu Yorkda terror altı törədəcək. Məhz bundan sonra başda “Tayms” meydanı olmaqla, şəhərin gur yerlərində təhlükəsizlik tədbirləri artırılıb.

İŞİD-in əldə düzəltmə bombalarla Nyu Yorkda qətliam törədəcəyini elan edəndən sonra ABŞ hüquq-mühafizə orqanları hərəkətə keçib. Qətliamın qarşısını almaq şəhərin gur yerlərində xüsusi təlim görmüş kadrlarından başqa, polis həm də müxtəlif yerlərdə detektor və xüsusi təlim görmüş itləri də yerləşdirib.

Fövqəladə təhlükəsizlik tədbirləri görən polis xüsusi ilə turizm yerləri və ictimai nəqliyyat sisteminə nəzarət edir. Polis bütün bunlarla bağlı mətbuat orqanlarına məlumat verib.

Nyu York Polis Departamenti nəqliyyat birliyinin şöbə rəisi Josef Foksun sədrliyindəki polis heyətinin mətbuat orqanları ilə keçirilən brifinqdə “Tayms” meydanı və ətrafındakı həmçinin metrostansiyalarındakı təhlükəsizlik tədbirlərindən danışıb.

O, polis nişanı daşıyan K-9 itlərinin metro vaqonlarından tutmuş platformalardakı zibil qutularına qədər hər şeyi axtardığını, stansiyanın giriş və çıxışlarında xüsusi detektorların quraşdırıldığı haqqında məlumat verib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm