22 rayonda heyvanlar arasında xəstəlik yayılıb
Bizi izləyin

Qırmızı.az

22 rayonda heyvanlar arasında xəstəlik yayılıb

İmişli rayonunda heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyi yayılıb. Təxminən 10 gündür rayonda 82 baş heyvan xəstəliyə yoluxub, artıq 32 baş müalicə olunub və 3 baş heyvanda ölüm halı qeydə alınıb.

Bu barədə Publika.az-a Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

O, narahatlığa əsas olmadığını deyib, çünki xəstəlik qeydə alınan bütün təsərrüfatlarda dezinfeksiya işləri aparılır.

Y.Xanvəli Ağcəbədidə Laçın rayonundan məcburi köçkünlərinin məskunlaşdığı ərazidə 332 baş heyvanda “Nodulyar dermatit” aşkarlandığını deyib. 294 başda müalicə aparılıb, 7 baş heyvan tələf olub. Qalanları müalicə altındadır.

“Buna baxmayaraq, xəstəliklə bağlı sönmə müşahidə edilir. Bu vaxta qədər 22 rayonun ayrı-ayrı kəndlərində “Nodulyar dermatit” aşkarlanıb. 7 rayonda artıq 20 gündür yeni xəstəlik qeydə alınmır. Bu vaxta qədər 2314 baş heyvan xəstələnib, 2003 başda müalicə aparılıb. 266 başda isə müalicə gedir. Xəstəlik aşkarlanandan bu günə qədər “Nodulyar dermatit”lə birlikdə gedən xəstəliklər nəticəsində 24 baş heyvan tələf olub.

Xəstəlik qeydə alınan bütün təsərrüfatlarda dezinfeksiya işləri aparılır, heyvanlar çimizdirilir. Xəstəlik aşkarlanan heyvanlarda simptomatik müalicə aparılır”.

Y.Xanvəli onu da əlavə etdi ki, hazırda xəstəliyin müşahidə edildiyi təsərrüfatlar nəzarətdədir. Bu təsərrüfatlardan bazarlara heyvan çıxarılması məhdudlaşdırılıb. Qurban bayramı ərəfəsində bu nəzarət daha da gücləndiriləcək:

“Bu qadağa həmin ərəfədə xəstəlik qeyd alınan təsərrüfatlara tətbiq ediləcək. Lakin heyvanların müalicə olunduğu təsərrüfatdan gətirilməsinə məhdudiyyət olmayacaq. Bayram ərəfəsində heyvan kəsim məntəqələrinə nəzarət edən həkimlər Forma-1 şəhadətnaməsi tələb edərək, satışa icazə veriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm