Qırmızı.az
Dostunu söyüş üstündə öldürdü - TƏFƏRRÜAT
Abşeron rayonunda baş verən qətlin təfərrüatı məlum olub. Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanov aralarında yaranmış mübahisə zəminində tanışı, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Məmmədovu bıçaqlayaraq öldürüb. Hadisəni törədən Abdulla Saramanov saxlanılıb.
Istintaq araşdırması zamanı hadisənin bəzi təfərrüatları üzə çıxıb. Məlum olub ki, dostlar arasında cinayət söyüş üstündə baş verib. Ramil Məmmədov bir il əvvəl Abdulla Saramanovu söyüb. Bir ildən sonra Abdullanın yadına dostunun söyüşləri düşüb və ondan qisas almaq qərarına gəlib.
Bu məqsədlə Abdulla Saramanov dostunu pivə içməyə çağırıb. Onun çağırışına dostu gəlib. Köhnə dostlar birlikdə kafedə iki bakal pivə sifarişi veriblər. Pivə içən zaman Abdulla dostuna bir il əvvəlki söyüşlərini xatırladıb. Ramil Məmmədov da bir il əvvəl onu söydüyünü etiraf edib. Bu vaxt Abdulla özündə olan bıçaqla Ramil Məmmədova çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.
İstintaqa verdiyi ifadəsində Abdulla Saramanov törətdiyi cinayəti etiraf edib. O, hadisənin söyüş üstündə öldürdüyünü təsdiqləyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR