Türk diplomatlar azad edildi – Davudoğlu
Bizi izləyin

Dünya

Türk diplomatlar azad edildi – Davudoğlu

İraqda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən girov saxlanılan türk diplomatları vətənə qaytarılıb.

“TRT Haber”in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyəyə qaytarılan diplomatların vəziyyəti qənaətbəxşdir.


Qeyd edək ki, bu ilin iyun ayında Türkiyənin Mosulda yerləşən Konsulluğunun 49 əməkdaşı İŞİD tərəfindən girov götürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm