Digər
İmkan yarat, seçilim
“Necəsən?”lə başlayan məktub yazmamışam heç. Adətən yazdığım adamların ovqatlarını, qayğılarını bilmişəm. İstisna edimmi? Nə mənası? Yaxşıdırsa, nə yaxşı. Pisdirsə...
Nədənsə, bu məktubda ağıllı görünə bilmirəm, istedadımı ortaya qoya bilmirəm, lirik-romantik riçətlər alınmır, odlu-alovlu kəlmələr yersiz görünür. Pessimist görünmək istəmirəm, optimist görünə bilmirəm. Sənə yazmaq nə qədər çətinmiş. Sözlər artıq görünür. Sözlər hissin geyimli formasıdır. Fikirlərimizə, duyğularımıza istədiyimiz çaları veririk danışanda, yazanda. Hər şey ilkin, təmiz, yabanı formasını itirir. Biz hissləri “oynayırıq”, fikirləri bəzəyirik – fərqi yoxdu – kiçiltmə, ya şişirtmələrlə. Səninlə bunlara ehtiyac varmı? Xoşa gəlmək üçün şeirə, sözə, fikrə bürünməyə? Ağılsız, istedadsız görünməkdən qorxmuram.
Sənin üçün nə şairəm, nə esseist. Kiməm? Soruşmayım. Yaxşısı budur, soruşmayım. Cavablar incidə bilər...
Yox, yanlış anlama, gələcəklə bağlı plan qurmuram heç vaxt. Bunu çoxdan yadırğamışam. Hansısa filosofun vicdansızcasına dediyi kimi, Allahı güldürmək istəmirəm. Gəl səndən başqa bir şey soruşum, buna yəqin ki, cavabın var: niyə bütün həqiqətlər insafsızcasına səslənir?..
Bilirsən, sözlər yalan danışmır axı, nə olsun ki, bəzən eşitdiklərimizə “sözdü də” deyirik. Niyə bu kontekstdə söz – nağıla bərabər tutulur? Nağılın özünün yalan olduğunu sübut eləyə bilərsən mənə? Yox, tələsmə, başqa məqamı nəzərdə tuturam: nağıl – təxəyyülün məhsuludur. Təxəyyül özü mövcud olandır axı... Məsələn, sən mənə necə sübut eləyə bilərsən ki, arzu – reallıq deyil? Arzu qəlbin, ruhun, fikrin (nə fərqi var, hansının) reallığıdır. Beyninin ucundan keçən hər şey mövcuddur. Heç olmasa, beyninin içində...
Beynimin içində qarışıqlıq var. Rus şairlərindən birinin şeirindəki kimi, “hə” və “yox” şəhərləri arasında ilişib qalmışam. Hər iki cavab üçün bəhanəm var. Hər iki cavab üçün əsasım var. Bəhanələr əsasdır, əsaslar – bəhanədir indi mənim üçün. Hə, düzdü, dəqiq tapmısan: qarışdırmışam hər şeyi!..
Bu qarışıqlıq içində sənə bircə söz demək istəyirəm, onu da demişəm. Təkrar biliyin ögey anasıdır, təkrar bəzən bilikdən iyrəndirir, inam əvəzinə inamsızlıq yaradır... Mən təkrarlamıram, özün xatırla deyirəm, dediklərimi, yazdıqlarımı xatırla... Ya da unut... Hərçənd, unudulmaq daha çox yada salır, amma neyləmək olar, belə yazılıbsa, belə də olacaq...
Yazılanlara hörmətim var. Yazılmayanlara sevgim... Seçmək çətindir, icazə ver, seçməyim, imkan yarat seçilim... sənin üçün seçilim...
Hə, necəsən? Beş dəqiqə əvvəlki kimi? Yoxsa?...
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı