Dünya
Türkiyə xüsusi təyinatlıları İŞİD-lə niyə toqquşmadı?
İŞİD-in əsir götürdüyü 49 Türkiyə vətəndaşını 101 gündən sonra xilas edən xüsusi təyinatlılar niyə İŞİD ilə döyüşmədiklərini və baş verənləri danışıb.
Qeyd edək ki, Türkiyənin Mosul Konsolluğunu ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının əsir götürdüyü personal arasında konsulluğu qoruyan 31 xüsusi təyinatlı polis də var idi.
Publika.az xəbər verir ki, “Xəbərtürk” qəzeti 101 gündən sonra İŞİD əsarətindən qurtulan xüsusi təyinatlılardan müsahibə alıb. 101 gün müddətində su və plov ilə qidalanan xüsusi təyinatlılar “konsulluğa basqın zamanı müqavimət göstərməmələrini binanın giriş qapılarında bomba yüklənmiş maşınların olması ilə izah ediblər.
102 gündən sonra basqın və sonra baş verənlərdən danışan xüsusi təyinatlıların dediyinə görə, şəhəri işğal edəndən sonra konsulluğu da ələ keçirən İŞİD yaraqlıları binanın ətrafını bomba yüklənmiş maşınlarla mühasirəyə alıb.
Yaraqlılar hər tələb üçün pul istəyirdi. Əsirlər bu müddət ərzində heç türk İŞİD-çilərlə rastlaşmayıblar. Türkmənlərlə isə qısa müddətlik ünsiyyət olub. İŞİD yaraqlıları ilə ərəbcə bilən bir xüsusi təyinatlı polisin sayəsində ünsiyyət qura biliblər.
Bizi namaz xilas elədi
Xüsusi təyinatlı polislər əsir düşdükdən etibarən namazlarını gecikdirməməyə çalışdıqlarını deyib. “Davamlı olaraq namaz qılmağımız onları təəccübləndirib. Bizi məhz bu vəziyyət xilas edib" deyən polislər “bir çox həmkarımız namaza başlayıb. Quranı öyrənənlər oldu” deyə qeyd edib.
Siqnallarla və güllərlə qarşılandılar
Türkiyəyə gətirilən xüsusi təyinatlı Yalçın Bakır Kırklareli şəhərinin girişində qarşılanıb. Polis idarəsinə aid bir avtomobildə və Türkiyə bayrağı dalğalandırılan polis maşınlarının müşayiəti ilə evinə qədər aparılıb. Evinə çatan Bakır "çox çətin günlər keçirdik" deməklə kifayətlənib. Daha sonra geniş açıqlama verən xüsusi təyinatlı “bütün polis təşkilatı buradadır. Hamısından Allah razı olsun. Deməyə söz yoxdur. Bu mənzərə mənim üçün kifayət edir. Gəldik, vətənimizdəyik. Heç vaxt dövlətimizə güvənimiz sarsılmadı. Bu məsələdə heç vaxt şübhə duymadıq” deyə qeyd edib.
Vüsal Tağı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO