Fəthullah Gülən üçün “qırmızı bülleten” – Rəsmi cavab
Bizi izləyin

Dünya

Fəthullah Gülən üçün “qırmızı bülleten” – Rəsmi cavab

Türkiyə ədliyyə naziri Bəkir Bozdağ ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülənin qaytarılması ilə bağlı açıqlama verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, nazir bunun üçün məhkəmə qərarına ehtiyac olduğunu bildiirb.

“Fəthullah Gülənin qaytarılması üçün “qırmızı bülleten”in açılması hazırda müzakirə mövzusu deyil. Hər hansı bir məhkəmə qərarı olarsa, bundan danışa bilərik. Hazırda bizə gələn hər hansı bir məhkəmə qərarı yoxdur”, - deyə turkiyəli ədliyyə naziri vurğulayıb.

Qeyd edək ki, ABŞ diplomatik mənbələrinin “Tvitter” sosial şəbəkəsində yaydığı məlumata görə, Ərdoğan ABŞ prezidenti Barak Obamaya Fətullah Gülən üçün İnterpolda cinayətkarlar üçün nəzərdə tutulan “qırmızı bülleten”in açılmasını təklif edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm