Britaniya KİV-i Ukraynanın ərazi bütövlüyünü pozdu
Bizi izləyin

Dünya

Britaniya KİV-i Ukraynanın ərazi bütövlüyünü pozdu

Böyük Britaniyanın Ukraynanın ərazi bütövlüyünü tanımasına və Krımın Rusiyaya birləşməsini işğal olaraq qiymətləndirməsinə baxmayaraq, bu ölkənin mediası Kiyevi qəzəbləndirəcək addım atıb.

Publika.az-ın verdiyi xəbərə görə, “The Telegraph”, “Daily Mirror” və digər internet-nəşrlər Sevastopolu Rusiya ərazisi kimi göstərib.

Bu günlərdə Sevastopolda qopmuş güclü fırtınadan yazan Britaniya KİV-i şəhəri Rusiyanın bir hissəsi adlandırıb.

Xatırladaq ki, bu ilin martın 16-da Krım Muxtar Respublikası və Sevastopolda müstəqillik haqqında referendum keçirilib. Martın 18-də isə Krım Muxtar Respublikası və Sevastopolun Rusiyaya birləşməsi ilə bağlı müqavilə imzalanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm