Qırmızı.az
Baytarlıq xidməti gücləndirilmiş iş rejiminə keçib
Xəstəlik başlayandan bu günə qədər “Nodulyar dermatit”dən 30-a yaxın heyvan ölüb. Ucar rayonunda 100-ə yaxın heyvanın ölməsi xəbəri doğru deyil.
Publika.az-ın məlumatına görə, bu sözləri Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova Ucar rayonunda bu xəstəlikdən kütləvi ölüm halları ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölüm halları əsasən ikili xəstəliklərdən baş verib. Çünki havaların isti keçməsi ilə əlaqədar heyvanlar arasında qan parazital xəstəlikləri müşahidə olunurdu. Bu da heyvanların mübarizə gücünü aşağı salırdı.
S.Rüstəmova ilkin baytarlıq yardımı üçün bütün fermerlərə lazımi dərmanlar paylandığını bildirib:
“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dezinfeksiya işləri, dərman təminatı üçün 2 milyon manat ayrılıb. Həmin dərmanlar bütün bölgələrə paylanıb. Bu xəstəliyin ilk üç günündə müalicə tədbirləri baytarlıq idarələri tərəfindən aparılır. Daha sonra ikili xəstəlik müşahidə edilərsə, mürəkkəb qan parazital xəstəliyinin müalicəsini fermer özü davam etdirməlidir”.
Xidmət rəisi bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq sanitariya qaydalarına uyğun olaraq tədbirlər görüləcək.
“Təxminən 8 rayonda səyyar satış maşınları quraşdırılacaq, həmçinin çadırlar da quraşdırılıb. Digər satış məntəqələri ilə əlaqədar da müvafiq tədbirlər görüləcək. Baytarlıq xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda satış yarmarkaları, kəsim məntəqələrində növbətçiliklər tərtib edilib. Baytarlıq xidmətinin əməkdaşları bütün prosesə nəzarət edəcək”.
Gülxar
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı