Qırmızı.az
İki qadını öldürən müğənniyə ömürlük həbs - ŞOK TƏFƏRRÜAT
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Aydın Qəhrəmanova hökm oxunub. Məhkəmənin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuq düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib.
Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan
xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın
Qəhrəmanov barəsində Yasamal Polis İdarəsinin 29-cu bölməsinə
müraciət edib. Bölmədə şikayətin araşdırması gedən vaxtda Aydın
Qəhrəmanovun Aidənin qardaşı qızı Samirə ilə də münasibətləri
gərginləşib. Buna görə də o, bir neçə ay Aidədən uzaqlaşıb.
2008-ci ildən yenidən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri
düzəlməyə başlayıb. Həmin il ərzində Aydın Qəhrəmanov Naziləyə
məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək
qərarına gəlib. O, istintaqa məlum olmayan mənbədən dərman əldə
edib və evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib,
onu Aidə və Samirəyə içirib.
Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı
xəstəxanaya yerləşdiriliblər. Sentyabrın 7-də Samirə xəstəxanada
ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən
istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq
mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın
18-də dünyasını dəyişib.
Xatırladaq ki, 2008-ci ildə Aidə və Samirə Yəhyayevaların ölümü ilə
bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma)
maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın
sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri
məlum olub.
İstintaq onları Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib.
Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib. Onun
barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya
sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya
toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və
120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham
edilib. Onu da əlavə edək ki, Aydın Qəhərmanov əvvəllər musiqi
ifaçısı olub.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR