Nida.az
Rusiya gəmiləri Bakıdan getdi
Rusiya Dəniz Donanmasına məxsus iki gəmi Bakını tərk edib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb:
“Oktyabrın 16-dan başlayan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri oktyabrın 20-də başa çatıb”.
Qeyd edək ki, Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmiləri oktyabrın 16-da Bakıya yan almışdı.
Səfər zamanı gəmilərin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edib, Dövlət Bayrağı Meydanı Kompleksindəki muzeydəki eksponatlarla tanış olublar. Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmilərin heyətlərinin paytaxtımıza gəzintisi təşkil olunub. Bundan əlavə, Azərbaycan və Rusiya dənizçiləri arasında futbol üzrə yoldaşlıq görüşləri keçirilib.
Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunub. Onlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə də yaxından tanış olublar.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO