Dünya
“Qara qutu”lar pilotları günahsız çıxardı
Moskvanın “Vnukovo” hava limanında qəzaya uğrayan təyyarənin “qara qutu”larının oxunmasından sonra ilk məlumatlar açıqlanıb.
Publika.az-ın “İnterfaks” xəbər agentliiyinə istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar pilotların hərəkətlərində səhvlərin olmadığın ortaya çıxarıb.
Qəzanı araşdıran ekspertlər bildirib ki, qartəmizləyən maşınla toqquşmadan qaçmaq üçün pilotların heç bir şansı olmayıb. “Qara qutu”lardakı informasiyasının analizi göstərir ki, ekipaj təlimat üzrə hərəkət edib.
Xatırladaq ki, üç gün əvvəl Moskvanın Vnukova hava limanından Parisə uçmağa hazırlaşan “Falkon 300” tipli 4 nəfərlik Fransa təyyarəsi uçuş zolağında saatda 200 kilometr sürətlə hərəkət edərkən anidən qarşısına çıxan qar təmizləyən maşınla toqquşub.
“Total”a rəhbərlik edən 63 yaşlı Kristof de Marjeri və üç ekipaj üçün hadisə nəticəsində həlak olub.
Qəzadan sonra qartəmizləyən maşının sürücüsü Vladimir Martınenko saxlanılıb. Onun barəsində iki aylıq həbs qərarı verilib. İstintaqın məlumatına görə, qəza baş verən zaman Martınenko sərxoş olub.
V.Martınenkodan başqa “Vnukovo” aeroportunun aparıcı mühəndisi Vladimir Ledenev, uçuşların rəhbəri Roman Dunayev, dispetçer-stajor Svetlana Krivsun və dispetçer Aleksandr Kruqlov saxlanılıb.
“Vnukovo”nun baş direktoru Andrey Dyakov və onun müavini Sergey Solntsev postundan istefa verib. Aeroportun növbətiçi direktoru isə işdən kənarlaşdırılıb.
Ömər Dağlı
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır