Dəmir yolunun Salahlı-Poylu mənzilində 7 km yol təmir olunur
Bizi izləyin

Qırmızı.az

Dəmir yolunun Salahlı-Poylu mənzilində 7 km yol təmir olunur

Bu gündən Salahlı-Poylu mənzilində 7 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri beş gün davam edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqrami»nin icrasi çərçıvəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm