Qırmızı.az
Azərbaycanda Ebola siqnalı: bir şübhəli var
Həcc ziyarətindən qayıdan bir nəfər Ebola ilə bağlı müraciət edib. Bunu Publika.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib.
Onun sözlərinə görə, müraciət edən şəxsə yaşadığı ərazi üzrə poliklinikaya müraciət etməsi məsləhət görülüb:
“Dünən Sumqayıt sakini olan həmin şəxs öncə “Qaynar xətt”lə əlaqə saxlayıb, sonra mənimlə danışdı. O, "Ebola virusu" təhlükəsi barədə eşitdiyini və bununla bağlı müayinədən keçmək istədiyini deyib. Ona izah etdim ki, ölkəyə gəldiyi gündən 21 gün ərzində nəzarətdə olmalıdır. Temperaturunun olmasından isə qorxmamalıdır, çünki payız fəsli olduğundan respirator viruslar geniş yayılıb. 21 günlük nəzarətdən sonra heç bir problem aşkarlanmazsa, bu, həmin şəxsin tam sağlam olduğunu göstərir. Müraciət edən şəxsdə heç bir xəstəlik əlamətləri yox idi, o, sadəcə, bu barədə eşidib və məlumat almaq istəyib”.
Ş.Qurbanov bildirib ki, Həcc ziyarətindən qayıdanlar bu vaxta qədər müraciət etməyib. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi nəzdində Sanitar Karantin Müfəttişliyinin şöbələri yerli poliklinikalara ərazidə Həcc ziyarətindən qayıdanlar barədə məlumat verir:
“Həcc ziyarətindən gələn zəvvarlardan da müayinədən keçmək istəyənlər ərazi üzrə poliklinikalara müraciət etməlidir. Hansısa hal dəyişikliyi, müəyyən əlamətlər olarsa, müayinə olunacaqlar. Mikrob onun bədənində ola bilər, ancaq əlamətləri çıxmaz. Virus bədəndə varsa, 21 gün ərzində mütləq özünü göstərəcək. Müşahidələrimiz göstərir ki, KİV-in məlumatlandırmasına görə, insanların xəstəlik və ondan qorunma ilə bağlı yetərincə məlumatı var. Maarifləndirmə virus xəstəlikləri ilə mübarizədə ən effektli üsuldur”.
Gülxar
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq