Qırmızı.az
Əskişəhər valisi Gəncəyə gəlib
Türkiyənin Əskişəhər vilayətinin valisi Güngör Azim Tunanın başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
Publika.az Kəpəz.TV-yə istinadən xəbər verir ki. Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev türkiyəli qonaqları salamlayıb və onları Gəncədə görməkdən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu "İki millət, bir dövlət" - Türkiyə-Azərbaycan münasibətlərinin uzun illik tarixi var və bu dostluq əlaqələri bu gün də genişlənməkdədir.
2013-cü ildə Əskişəhərlə Gəncə arasında "Qardaşlaşmış şəhərlər protokolu" imzalanıb. İqtisadiyyat, sənaye, təhsil, mədəniyyət sahəsində hər iki ölkə arasında sıx əlaqələr yaranıb və bu əlaqələr gündən-günə möhkəmlənir, ölkələrimizə uğur və böyük fayda gətirir.
Vali G.A.Tuna Əskişəhər şəhərinin 2013-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini, tarixi abidələrlə zəngin olduğunu, güclü sənaye potensialına malik olduğunu və aqrar sahənin sürətlə inkişaf etdiyini vurğulayıb. Şeyx Nizami yurdu qədim Gəncə ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.
Vali Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevi Əskişəhərdə keçiriləcək beynəlxalq simpoziuma dəvət edib.
Görüşdə iştirak edən Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq hər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.
E.Vəliyev Əskişəhər valisi G.A.Tunaya Məhsəti Gəncəvinin portreti həkk olunmuş xalça və qiymətli hədiyyələr təqdim edib.
Görüşdən sonra türkiyəli qonaqlar şəhəri gəziblər.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO