"Biz “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik"
Bizi izləyin

İdman

"Biz “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik"

“Çox maraqlı oyun alındı. Ən az qol buraxan komandaya qarşı mübarizə apardıq. Oyunda bircə qol çatışmadı".

Publika.az xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə qarşılaşmanı şəh edərkən bildirib.

O deyib ki, hər iki komanda qol vurmağa layiq idi. "Biz meydançaya üç xal qazanmaq üçün çıxmışdıq. Amma heç-heçə daha ədalətli nəticə sayıram”, baş məşqçi bildiirb.

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze də hesab açılmasa da oyunun araqlı keçdiyini deyb: “Birinci hissədə sürətli oyun izlədik. Biz “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə biz daha yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik. Bütün bunlara rəğmən, oyunçularımı təbrik edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi biz gələcək oyunlara lazımınca hazırlaşmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm