“Cırtdan partiyalara parçalanacaqlar” - Müsavat və AXCP barəsində proqnoz
Bizi izləyin

Nida.az

“Cırtdan partiyalara parçalanacaqlar” - Müsavat və AXCP barəsində proqnoz

“AXCP-də xüsusi bir heyət düzəldilib. Bu heyət Əli Kərimlinin cangüdənlərindən, sürücüsündən və yaxınlarından ibarətdir”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP-dəki son durumu şərh edərkən deyib.


Onun sözlərinə görə, Əli Kərimli AXCP-ni gəlir mənbəyinə çevirib: “Bunu partiya üzvləri də yaxşı bilirlər. Əslində son kütləvi istefalar da bununla bağlıdır. AXCP-də az da olsa dövlətini, xalqını istəyənlər Əli Kərimlinin oyunlarını görür, onun dövlət maraqlarını xaricdən aldığı pullara qurban verdiyini bilir və bunun üçün partiyada qalmaq istəmirlər. Rayon və şəhər təşkilatları da buna görə istefa verir. Çünki orada partiyanı idarə edə biləcək nüfuzlu şəxslər yoxdur. Olanlar çıxıb getdi və özlərinə başqa-başqa partiyalar yaratdılar”.


Hakim partiya rəsmisi Müsavat Partiyasındakı duruma da münasibət bildirib. Onun sözlərinə görə, Müsavatın gələcək taleyi qaranlıqdır: “AXCP-dəki analoji hal burda da var. İsa Qəmbər demokratiya adı altında özünə imic yaratmaq üçün başqanlıqdan getdi. Lakin o, partiyada üz-üzə dayanan qrupların bir-birinə savaş açması üçün onun getməsini gözlədiklərini də bilməli idi. İsa Qəmbər artıq tükənmiş siyasətçidir”.


S. Novruzov hesab edir ki, Müsavat parçalanacaq və iki, yaxud daha artıq şəkildə Müsavat partiyaları yaranacaq: “Vaxtilə gedənlərdən Sülhəddin Əkbər özünə yeni partiya yaratdı. İndiki narazılar da yavaş-yavaş partiyanı tərk edəcək və yeni cırtdan partiyalar peyda olacaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm