İŞİD Kobanidə yenidən hücuma keçdi
Bizi izləyin

Dünya

İŞİD Kobanidə yenidən hücuma keçdi

Kobanidə hərbi əməliyyatların səngiməsi haqda xəbərlərin yayıldığı bir vaxtda İŞİD bura yeni hücum təşkil edib.

Publika.az xəbər verir ki, terrorçu qruplaşmanın üzvləri hücum əməliyyatında ağır silahlardan istifadə ediblər. Bu səbəbdən də bölgədə vəziyyət əvvəlki kimi yenidən gərginləşib.

İŞİD silahlılarının Kobaninin qərbinə ağır silahlarla hücum etmələrinə kürd peşmərgə qüvvələri top və raket mərmiləri ilə cavab veriblər.

Bu gün səhər saatlarından kəşfiyyat uçuşlarına başlayan Suriya qüvvələri İŞİD-in bir sıra mövqelərini bombalayıb. Hazırda Kobanidə ağır döyüşlərin davam etdiyi bildirilir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm