İdman
“Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı möhtəşəm şou (FOTO)
“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün
qalması münasibətilə noyabrın 26-da paytaxtda möhtəşəm şou təşkil
edilib.
Trend-in məlumatına görə, axşam saatlarında İçərişəhərdə
keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində
“Bakı-2015”in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də
Oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda ilk Avropa
Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı
görüntülər yer alıb.
“Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru
Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: “İlk Avropa
Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm
idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış
mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə
belə tədbirlər də müntəzəm keçiriləcək”.
Ç.Viceratna diqqətə çatdırıb ki, biz bugünkü tədbirlə 2015-ci
ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə
zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş
etdirmək istəyirik. O, gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa
Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını
bildirib.
İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin - ceyran və narın hazırlanmasında “Bakı-2015”in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO