İŞİD Kərkükə hücuma keçdi -azərbaycanlılar təhlükədə
Bizi izləyin

Dünya

İŞİD Kərkükə hücuma keçdi -azərbaycanlılar təhlükədə

İŞİD terror təşkilatı İraqın Kərkük mahalına hücuma keçib.

Publika.az-ın məlumatına görə, terrorçular mahalın cənubundakı bir neçə kəndə eyni vaxtada hücum ediblər. Amma peşmergə və təhlükəsizlik qüvvələri hücumun qarşısını alıb. Bölgəyə əlavə qüvvə gətirilib.

Peşmergənin 4 cəbhədən etdiyi əks hücum nəticəsində bir neçə kəndin geri alındığı və 25 silahlının öldürüldüyü bildirilir. Əməliyyatlara koalisiya qüvvələri də havadan dəstək verib.

Qeyd edək ki, Kərkükdə Azərbaycan əsilli turkmanlar yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm