Digər
Bakıda Koreya Kino Festivalı başlandı - FOTO
Noyabrın 27-də Nizami Kino Mərkəzində Koreya Fondu, SEBA
(Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası
və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə
təşkilatçılığı ilə Koreya Kinosu Festivalının açılış mərasimi
keçirilib.
Publika.az-ın məlumatına görə, dövlət və hökumət rəsmilərinin,
Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin
iştirak etdikləri mərasimi açan SEBA Assosiasiyasının sədri
Ruhəngiz Heydərova festivalın əhəmiyyətindən danışıb. Bildirib ki,
Azərbaycan-Koreya əlaqələrinin əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulub. Koreya Respublikası prezidentinin ölkəmizə və
Prezident İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu
əlaqələr daha da genişlənib.
Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA
Assosiasiyası indiyədək mədəniyyət, elm, səhiyyə sahələrində bir
sıra layihələr reallaşdırıb. 2005-ci ildə isə Azərbaycan
Mədəniyyətinin Dostları Fondu ilə birgə ilk dəfə ölkəmizdə Koreya
Kinosu Günlərini keçirib.
SEBA Assosiasiyasının fəaliyyətinə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini
vurğulayan R.Heydərova bildirib ki, assosiasiyanın işlərinin
keyfiyyətli və nəticəli olması da məhz bu səbəbdəndir.
Diqqətə çatdırıb ki, ildən-ilə genişlənən Azərbaycan ilə Koreya
arasında əlaqələr artıq ikinci dəfə keçirilən Koreya filmlərinin
nümayişinə də öz təsirini göstərib. 2005-ci ildən fərqli olaraq, bu
il nümayiş etdirilən Koreya filmlərinin sayı 10-a çatdırılıb.
Festival SEBA Assosiasiyası və Koreya Fondu arasında oktyabr ayında
imzalanmış əməkdaşlıq memorandumundan sonra reallaşan ilk birgə
tədbirdir. Həmçinin festivalın Koreyanın Baş naziri Çanq Honqvonun
Azərbaycana rəsmi səfəri gününə təsadüf etməsi də çox sevindirici
haldır. Ruhəngiz Heydərova festivalın işinə uğurlar
arzulayıb.
Mərasimdə çıxış edən Koreya Respublikasının xarici işlər
nazirinin birinci müavini Ço Taeyonq deyib: “Koreya ilə Azərbaycan
arasında münasibətlər olduqca sürətlə inkişaf edir. Lakin bu
inkişafa baxmayaraq yerdə qalan və hələ də gerçəkləşməyən böyük
potensial vardır. Yaxın gələcəkdə bu potensialı ərsəyə gətirərək
həm Koreya, həm də Azərbaycan xalqı üçün bir sıra faydalı işləri
reallaşdıracağıq”.
Festivalın böyük əhəmiyyət daşıdığını bildirən qonaq SEBA
Assosiasiyasının Koreya mədəniyyətinin Azərbaycanda tanınmasında
fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, mədəniyyət illər
keçdikcə bu iki xalqı bir-birinə daha da yaxınlaşdıracaq.
Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev Koreya Kinosu Festivalının ölkəmizdə daha
bir mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, ulu öndər
Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən
Prezident İlham Əliyev xalqımızın mədəniyyətinin dünyada
tanıdılması istiqamətində böyük işlər görür. Həmçinin Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondu tərəfindən müvafiq istiqamətdə irimiqyaslı layihələr
reallaşdırılır. Bu baxımdan Koreya Kinosu Festivalının təşkili də
iki ölkə arasında münasibətlərin genişlənməsində növbəti bir
addımdır. Bu festival Azərbaycan tamaşaçısına Koreya mədəniyyəti və
insanları ilə daha yaxından tanış olmaq və onları daha yaxşı
anlamaq üçün geniş imkanlar yaradacaq.
Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn Koreya Kinosu
Festivalına Baş nazir Çanq Honqvonun təbrik ismarıcını
çatdırıb.
Sonra 2005-ci ildə keçirilmiş Koreya Kinosu Günləri barədə qısa
film göstərilib.
Tamaşaçılara təqdim olunan festivalın ilk filmi isə – rejissor
Lee-Yonq-Junun “Memarlıq 101” adlı ekran əsəri olub.
Koreya Kinosu Festivalı noyabrın 30-dək davam edəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR