Tabloid.az
“Sevəsən, ayrılasan...” – Qulu Əsgərovun ad günüdür – FOTOLAR +VİDEO
Sevgi sevən mərd olar,
Sevməyən namərd olar,
Sevəsən ayrılasan,
Bax bu yaman dərd olar.
Gözəl musiqi, həzin ifa... Melomanlar göydə tutdular ki, söhbət fərqli səs, təkrarolunmaz ifa sahibi Qulu Əsgərovdan gedir. Bəli, bu gün Azərbaycan musiqisində bənzərsiz səsi ilə yaddaşlarda iz qoyan ustad xanəndə Qulu Əsgərovun ad günüdür. Onu musiqiləri ilə yad etdik. O musiqilər ki uşaqdan tutmuş böyüyə qədər hər kəsin dillər əzbərinə çevrilib. Demək ki, Qulu Əsgərov da o musiqiləri ilə yaşayır, bizimlədir. O musiqilər ruhumuzu oxşayır, yorğunluğumuzu canımızdan çıxarır, zövqümüzə zövq qatır. Gəlin sənətkarın o qədər də uzun olmayan, amma maraqlı və zəngin olan həyat yoluna nəzər salaq.
Qulu Əsgərov dekabrın 18-də Salyan şəhərində anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri Ansamblına rəhbərlik edib. 1953-cü ildə gənc istedadların respublika olimpiadasının qalibi olub. 1953-1958-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alıb.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib. Qulu Əsgərov bütün muğam dəsgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları Az.TV-nin Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamla ifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışıb. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov - “Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev – Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olub.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olub. Onun davamçıları muğam sənətində uğurlar əldə edərək, ustadın ənənələrini yaşadırlar. Bunlardan biri də muğam sənətində xüsusi yeri olan xanəndə xanım Mələkxanım Eyyubovadır.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR