Rafiq Hüseynov əməliyyat öncəsi Publika.az-a danışdı
Bizi izləyin

Tabloid.az

Rafiq Hüseynov əməliyyat öncəsi Publika.az-a danışdı

Hazırda Türkiyədə olan xalq artisti, xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış diktor Rafiq Hüseynov bu gün əməliyyat olunacaq.

Publika.az-a bu barədə Rafiq Hüseynov özü məlumat verib: “Bu gün əməliyyat olunmalıyam, hazırda həkimlər məni əməliyyata hazırlayır. Nəticə sabah bəlli olacaq. Buna görə də indidən dəqiq heç nə deyə bilmərəm”.

Həyəcan hissi olduğunu da gizlətməyən diktor yanında yaxınlarının olduğunu bildirdi: “Əlbəttə, həyəcan var. Həmişə həyat yoldaşım Səbinə mənim yanımda olurdu, bu dəfə o, Bakıda qaldı. Amma yanımda yaxın adamlarım var. Əməliyyatı gözləyirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm