Dünya
Cavad Zərif Kerri ilə gəzintisinə görə cavab verəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Con Kerri ilə gəzinti üçün ölkənin parlamenti qarşısında cavab verəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərifin yanvarın 14-də Cenevrədə nüvə danışıqları zamanı ABŞ-ın dövlət katibi ilə şəhərin səkilərini gəzməsi iranlı deputatları hiddətləndirib.
Parlamentin 21 üzvü xarici işlər nazirinə məktub yazaraq gəzintiyə görə cavab verilməsini istəyib: “Nəzərə alaq ki, Böyük İblis İran qarşısında sonsuz tələblər qoyur və nüvə danışıqlarını sabotaj edir. Bu baxımdan İran və Amerika xarici işlər nazirlərinin arasında intim yaxınlıq üçün heç bir düşünülən izahat yoxdur”, - məktubda deyilir.
Sənəddə həmçinin qeyd edilir ki, Cenevrənin səkiləri ilə gəzinti diplomatiyanın normalarına ziddir.
Xarici işlər nazirinin özü isə jurnalistlərə bildirib ki, Kerri ilə gəzintiyə çıxmaqla heç bir qəbahətə yol verməyib. Onun sözlərinə görə, ciddi danışıqlar zamanı qeyri-formal söhbətlər üçün fasilələr diplomatiya dünyasında adi haldır.
Qeyd edək ki, Vaşinqton və Tehran arasında diplomatik münasibətlər 1979-cu ildə baş verən islam inqilabından sonra kəsilib.
Ömər Dağlı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO