Təhsil Nazirliyindən məktəbdəki aksiya xəbərinə açıqlama
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən məktəbdəki aksiya xəbərinə açıqlama

Təhsil Nazirliyi Saatlı rayonu Məzrəli kənd orta məktəbinin mühasirəyə alınması məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda xəbərin həqiqətə uyğun olmadığı bildirilib:

“Bəzi KİV-də Saatlının Məzrəli kəndində sakinlər tərəfindən məktəbin mühasirəyə alınması və direktorun qovulması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Saatlı rayon təhsil şöbəsindən Təhsil Nazirliyinə verilən məlumata görə, Mehman Şükürov ötən ilin oktyabrından dekabrın 18-dək Məzrəli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib.

Onun fəaliyyəti qənaətbəxş olmadığından, ciddi nöqsanlarla müşayiət olunduğundan tezliklə vəzifəsindən azad edilib. Məktəbdə yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması üçün 2014-cü il dekabrın 18-dən məktəbin direktoru vəzifəsi müvəqqəti olaraq Saatlı rayon təhsil şöbəsinin müdir müavini Şöhrət Bədəlova həvalə olunub. Hazırda məktəbdə ab-hava normaldır, kənd sakinləri görülən tədbirləri dəstəkləyir”.

Məlumatda bildirilib ki, Saatlı rayon təhsil şöbəsinin məlumatına görə, sakinlər tərəfindən məktəbin mühasirəyə alınması ilə bağlı xəbərləri əks edən fotoşəkillərin Məzrəli kənd tam orta məktəbinə aidiyyəti yoxdur. Fotoda göstərilən məktəb, ümumiyyətlə, Saatlı rayonuna aid deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm