Nida.az
Müxalifət partiyasının lideri Prezidentə müraciət etdi
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan xalqının milli kodlaşdırma probleminin həll olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Publika.az xəbər verir ki, partiya sədri
müraciətində müstəqillik qazandığımız gündən indiyədək Azərbaycan
dövlətinin təşəkkülü və xalqımızın formalaşması sahəsində xeyli
işlərin görüldüyü qeyd edilir, bunlarla yanaşı, Azərbaycan xalqının
milli kodlaşdırılması probleminin həll edilməsini xahiş edir.
S. Cəlaloğlu məktubda Azərbaycanda vətəndaşlıq institutunun,
vətəndaş-dövlət bağlarının möhkəmləndirilməsində, dövlətçiliyin
saxlanmasında və qorunmasında vətəndaşların fəallığını artırmağı
təklif edir. Onun fikrincə, ictimai və dövlətçilik şüurunun
formalaşmasında, vətəndaşlara tarixi ruhun aşılanmasında, milli
mənlik şüurunun inkişaf etdirilməsində, dünya azərbaycanlılarının
real milli həmrəyliyinin təmin edilməsində milli kodlaşdırılma ilə
bağlı bir çox praktiki addımların atılması zəruridir:
“Mərkəzləşdirilmiş dövlətçilik uğrunda, xalqımızın etnik birliyi və tarixi ərazilərimizin erməni – gürcü – rus işğalından, eləcə də fars şovinizminin əsarətindən qorunmasında, Azərbaycanda separatizmin aradan qaldırılmasında, xalqın mədəniyyətinin və dilinin inkişaf etdirilməsində, milli diplomatiyanın təşəkkülündə, türkdilli xalqların yaxınlaşdırılmasında müstəsna xidmətləri olmuş Nadir Şah Əfşarın, Ağa Məhəmməd Şah Qacarın, şahzadə Abbas Mirzənin, milli demokratiya tariximizin görkəmli nümayəndələri Səttar Xanın və Şeyx Məhəmməd Xiyabaninin həyat və fəaliyyətinin, onların siyasi irsinin öyrənilməsi, xalqımıza və bütün dünyaya tanıtdırılması, xatirələrinin əbədiləşdirilməsi sahəsində ciddi işlərin görülməsi sahəsində dövlət proqramının həyata keçirilməsi vacib addım ola bilər”.
Asif
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO