“Vaqif ölümlə zarafatlaşa-zarafatlaşa da getdi” – FOTOLAR
Bizi izləyin

Yazarlar

“Vaqif ölümlə zarafatlaşa-zarafatlaşa da getdi” – FOTOLAR

Bu gün xalq şairi Vaqif Səmədoğlu Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Publika.az-ın məlumatına görə, şairin dəfn mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, Vaqif Səmədoğlunun vəfatını Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün böyük itki kimi dəyərləndirib: “Vaqif Səmədoğlunun itkisi çox ağırdır. Xalq bu itkinin ağırlığını uzun zaman yaşayacaq. Onun özünəməxsus ömür yolu olub. Vaqif Səmədoğlu heç kimə bənzəməyən bir ömür yaşayıb. Artıq onun ömrü əbədiyyətə qovuşdu. Bundan sonra zaman onun xeyrinə işləyəcək. Vaqif Səmədoğlu zaman-zaman poeziyamızda, musiqimizdə, insanların ürəyində yaşayacaq.

Yazıçı Kamal Abdulla Vaqif Səmədoğlunun yoxluğunu qəbul etmədiyini və onun həmişə yaşayacağını bildirib: “Vaqif Səmədoğlunun itkisi böyük itkidir, amma o, həmişə bizimlə bərabər yaşayacaq”.

Millət vəkili Nizami Cəfərov bu itkinin hələ bizləri çox ağrıdacağını bildirib: “Vaqif Səmədoğlunun itkisi ədəbiyyatımızın itkisi sayılır. Amma o, fiziki ömrünü başa vurdu, ruhən bizimlə yaşayır”.

Xalq şairi Nəriman Həsənzadə yaxın dostunu kövrələrək yad edib:

“İsa Muğannanın ardınca Vaqif də getdi. Əslində, o, əbədiyyətə qovuşdu, irsi isə yaşayır. Elə adamlar var ki, bir dəfə doğulur, bir dəfə yaşayır, amma Vaqif hər zaman yaşayacaq. Əslində, o, şair olmasaydı da, bizlər üçün əziz adam idi. Çünki Səməd Vurğunun yadigarıdır. Özünü sevdirən insan idi. Çox zarafatcıl idi, hətta ölümün özüylə belə zarafatlaşırdı. Elə ölümlə zarafatlaşa-zarafatlaşa da getdi”.

Cəvahir Səlimqızı
Fotolar: İsmi Şahzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm