Sağlamlıq
Ebolaya yoluxma halları 20 dəfə azalıb
Yerli hökumətin və digər dövlətlərin nümayəndələrinin səyləri nəticəsində Liberiyada Ebola virusuna yoluxma halları 20 dəfəyə qədər azalıb.
Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak
Obama Liberiya Prezidenti Elen Conson-Serliflə görüşü zamanı
bildirib. Liberiya Prezidentinin səfəri ölkədən virusla mübarizə
məqsədi ilə göndərilmiş Amerika qoşunlarının çıxarılması fonunda
baş tutub.
Ölümcül virusa yoluxma hallarının pik göstəricilərə nisbətən 95
faiz azaldığını deyən ABŞ Prezidenti hazırda həftədə yalnız bir
neçə belə faktın qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə,
Qvineya və Serra-Leonedə vəziyyət Liberiyadakı kimi qənaətbəxş
deyil.
Liberiya prezidenti də öz növbəsində beynəlxalq ictimaiyyətə
epidemiya ilə mübarizədə Qərbi Afrika ölkələrinə yardım çağırışı
edərək “müstəsna” köməyinə görə Barak Obamaya təşəkkür edib.
Qeyd edək ki, Liberiyada fəaliyyət göstərən ABŞ hərbçiləri
müvəqqəti hospitallar tikərək yerli personala təlim keçiblər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR