Tabloid.az
Qarabağdan bəhs edən film beynəlxalq festivalda qalib oldu – FOTOLAR
Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, “Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekəyəsinin motivləri əsasında çəkilib. “Cinema” Mərkəzi və “Öz film”də istehsal olunan filmin çəkilişləri Bakı, Şamaxı, Ağsuda aparılıb. Ekran işi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir.
Rejissor Publika.az-a açıqlamasında bildirib ki, film festivalın “Müsəlman ölkələri” proqramında qalib olub: “Bu proqram festivalın iki beynəlxalq proqramından biri idi. Müsəlman ölkələr” və beynəlxalq filmlər proqramında 10, yerli filmlər proqramında isə 20 film yarışırdı. Fransa, Almaniya, Belarus, Koreya və sair ölkələrin yer aldığı beynəlxalq proqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu. Hər üç proqramda da yer alan filmlər humanistliyi, sülhü, əxlaqi, dini dəyərləri önə çəkirdi. Festivala həm beynəlxalq, həm də yerli kino xadimləri, eləcə də tamaşaçılar tərəfindən maraq çox idi. Orada Moskva və Tokio Film Festivallarının qalibi, Kann Festivalında tənqidçilərin xüsusi mükafatının sahibi Rza Mirkərimi, sonuncu “Kazan” festivalında mükafat alan Salam Salavati, eləcə də digər ölkələrin kino xadimləri ilə görüşümüz və birgə layihələr barədə müzakirələrimiz oldu”.
Onun sözlərinə görə, “Yol” filminin festivalda nümayişi fevralın 26-da Xocalı soyqırımının 23-cü ildönümünü qeyd etdiyimiz gündə baş tutub: “Filmdə baş qəhrəmanlarından biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb doğulduğu kəndə getmək istəməsi və bunu gerçəkləşdirməsi hər bir azərbaycanlı və dünya üçün çox mühim mesajdır. Bunu mükafatı alan zaman çıxışımda da söylədim, indi də deyirəm. Filmə verilən bu mükafatı Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən 613 həmvətənimiz, xüsusən də 106 qadın, 63 uşağın adına qəbul etdim”.
Filmin süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burada ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır. Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.
Qeyd edək ki, filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.
Cəvahir
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı