Nida.az
“Diktə ilə danışsalar...” - Moskva Xəzərdən hücuma keçdi
Avropa Birliyinin energetika tərəfdaşları siyahısına Rusiyanı daxil etməməsi Moskvanı hərəkətə keçirdib.
Publika.az xəbər verir ki, rusiyalı politoloqlar
Xəzər əməkdaşlığı məsələlərini müzakirə edərək dənizdə reallaşacaq
layihələrdə sahil ölkələrinin razılığının vacibliyini
vurğulayıblar. Ümumi xətlə keçən bu fikir əslində hələ ki ideya
olan Transxəzər boru kəmərinə qarşıdır.
“Əgər Qərb ölkələri birləşib öz siyasətlərini yeritmək
istəsə...”
Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev
Xəzəryanı ölkələr üçün bu gün mehriban münasibətlərin iqtisadi
maraqlardan daha önəmli olduğunu bildirib: “Ümumi maraqlar axtarışı
həmişə olub. Hər bir ölkənin özü üçün iqtisadi maraqları da
mövcuddur. Lakin hər şey bununla bitmir. Mehribanlıq daha çox
vacibdir, nəinki hansısa iqtisadi və ticarət maraqları. Bizdə
rəqabət var, lakin bu rəqabəti geosiyasi maraqlarla qarşı-qarşıya
qoymaq olmaz. Əgər Qərb ölkələri birləşib öz siyasətlərini yeritmək
istəsə, diktə ilə danışsa, biz də birləşərək buna qarşı çıxa
bilərik”.
“Xəzəryanı ölkələrin Avropa bazarları üçün rəqabət aparması
doğru deyil”
Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi
Mərkəzinin eksperti Stanislav Pritçin Xəzəryanı ölkələrin Avropa
bazarları uğrunda süni rəqabət aparmasını doğru hesab etmir:
“Avropa Birliyinə biz kömək edirik. Deyək ki, Azərbaycan Avropa
Birliyinin enerji təminatına xüsusi rola malikdir. Lakin unutmaq
lazım deyil ki, Polşada mayeləşdirilmiş qaz istehsalına az qalır və
güman ki, ümumi bazarda rəqabət artacaq. Bunu nəzərə almamaq mümkün
deyil. Bəli, bu gün Xəzər beşliyinin bir sıra məsələlərdə fikir
ayrılığı var. Misal üçün, Xəzərin bölünməsi, ekologiya,
təhlükəsizlik iqtisadi sahədə əməkdaşlıq və s. sahələrdə
ziddiyyətlər nəzərə çarpır. Lakin biz bunları müzakirə etməli və
elə fikir ayrılıqlarımızın ətrafında birləşməliyik”.
Beynəlxalq hüquq üzrə Qazaxıstan eksperti Miras Daulenov hesab edir
ki, ortaq mövqe olmadan Xəzər dənizinin bölünməsi mümkün olmayacaq:
“Xəzərin statusu məsələsində əsas suallar cavabsız qalır. Biz bunun
fonunda digər problemləri də həll etməliyik. Astana forumunda
bunlara aydınlıq gətiriləcəyinə ümid etmək olar. Lakin hər şeydən
öncə Xəzəryanı ölkələr ümumi dil tapmalıdır”.
Avropa Rusiya qazından imtina etdi, Moskva hərəkətə keçdi
Qeyd edək ki, rusiyalı politoloqların Xəzər məsələsini gündəmə
gətirməsi Avropa Birliyinin ötən həftə strateji enerji
tərəfdaşlarının siyahısını açıqlaması fonunda diqqət çəkir.
Siyahıda Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan və Yaxın Şərq
ölkələrinin adı var. Buna qədər Avropanın ən böyük qaz təchizatçısı
Rusiyanın adı siyahıya salınmayıb.
“Avropa gələcəkdə İran və İraqdan qazın çatdırılmasına ümid edir.
Bununla yanaşı, bu il Türkmənistan və Azərbaycan arasında
Transxəzər boru xəttinin tikintisi haqda üçtərəfli memorandumun
imzalamağa hazırlaşırıq. Biz Cənub Qaz Dəhlizi layihəsinə böyük
ümidlər bəsləyirik.
Cənub-Şərqi Avropaya qaz çatdıracaq TAP bu şəbəkənin son parçası olacaq. 2020-ci ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya çatdırılacaq. Lakin Avropa Birliyi bütün siyasi gücünü işə salaraq bunun 2019-cu ilin sonuna qədər reallaşmasına çalışacaq”, - deyə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarının müavini Maroş Şevçovik bildirib.
Şevçovik qeyd edib ki, Cənub Qaz Dəhlizinə əlavə mənbə
tapacaqlarına ümid edirlər. Onun sözlərinə görə, Türkmənistanla
təmas qurulub, bazar ertəsi Brüsseldə bu ölkənin səfiri ilə görüş
keçirilib. Tezliklə ilkin razılaşmaların olacağı gözlənilir.
Kreml politoloqların dili ilə nəyə işarə edir?
Rusiyanın mövqeyinə görə, bütün sahil ölkələrinin (dolayısı ilə
onun) razılığı olmadan Xəzərdə hər-hansı layihə reallaşmamalıdır.
Bunu Aşqabad da artıq qəbul edib. Türkmənistan hökuməti Avropa
bazarı üçün nəzərdə tutulan qaz ehtiyatı saxlasa da, onun daşınması
üçün infrastruktur yoxdur. Rəsmi Aşqabad bu məsələdə Moskvanın
maraqlarını tapdamayacağını açıqlayıb. Lakin görünür Brüssel
sürətli fəaliyyətə başlayıb və birbaşa təmaslar qurur. Bu baxımdan,
rusiyalı politoloqların Xəzər beşliyinin münasibətlərindən
danışaraq dənizdə ümumi razılıq olmadan hansısa layihənin
mümkünsüzlüyünü dilə gətirməsi diqqət çəkir. Moskva siyasi
təhlilçilərin dili ilə Brüsselə mesajını göndərir.
“Rusiya nəyin bahasına olursa-olsun...”
Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bunu təbii
refleks adlandırır: “Rusiyanın vəziyyəti o qədər də ürəkaçan deyil.
Bu ölkə həmişə Avropaya qarşı qaz rıçaqından istifadə edib. Amma
Avropa bazarı Rusiya üçün həm də əsas gəlir mənbəyi olub. Avropanın
bu qazdan birdən-birə imtina etməsi iqtisadi baxımdan Rusiyaya
zərbədir. Avropa Transxəzər kəməri ilə türkmən qazının Cənub Qaz
Dəhlizinə qoşulmasına ümid edir və bu istiqamətdə iş aparır. Lakin
Rusiyanın nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyi
aydındır. Kimin qalib gələcəyini isə zaman göstərəcək”.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı