Qırmızı.az
Süni qiymət artımına görə 3 market cəzalandırıldı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus "Ümid" marketdə və Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus "Çinar" marketdə yoxlamalar aparılıb.
Adıçəkilən marketlərdə satışda olan malların yarlığında
göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının
fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız
qiymət artımına yol verildiyi aşkarlanıb, bununla da
istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə
uyğun ciddi tədbirlər görülüb.
Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 103, 2380-cı məhəllə ünvanında fiziki şəxs İsa Əliyevə məxsus "Şokmart" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO