İqtisadi gündəm
Prezident kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Kənd təsərrüfatının inkişafına
dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.
Ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə
yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara
tələbat artmışdır. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası
Qanununun 15-ci maddəsinin 1-ci abzasına uyğun olaraq ölkədə məhsul
istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun
şəkildə ödənilməsi məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində Dövlət Toxum Fondu yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi,
habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün
həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli
413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” xərcləri bölgüsündə 10,0
(on) milyon manat nəzərdə tutsun;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO