Tabloid.az
Əməkdar artist: “İndiyə qədər beş Məcnunum olub” - FOTO
Əməkdar artist, operamızın Leylisi Gülüstan Əliyeva həyəcan içindədir.
Sənətçi martın 13-də Opera Teatrında “Leyli və Məcnun” operasında çıxış edəcək.
Publika.az-a danışan sənətçi həyəcanını belə izah edib:
“Hər dəfə opera səhnəsində Leyli rolunda çıxış edəndə içimdə bir həyəcan olurdu, amma bu həyəcan birə-beş artıb. Bu dəfə “Leyli və Məcnun” Respublika Muğam Festivalı çərçivəsində baş tutacaq. Dünyanın müxtəlif ölkələrindən Bakıya musiqiçilər gələcək. Onların qarşısında daha uğurlu çıxış etməliyəm. Qoy görsünlər ki, Azərbaycan musiqi sənəti necə əzəmətlidir. Dahi Üzeyir bəyin “Leyli və Məcnun” operasında elə oxuyub, oynamalıyıq ki, əcnəbi tamaşaçılar baxıb heyran qalsın”.
Səhnəmizin cazibədar Leylisi məcnunlarından da danışıb:
“Bu dəfə səhnədə tərəf-müqabilim Səbuhi İbayev olacaq. Amma Səbuhidən qabaq mənim beş Məcnunum olub. Xalq artisti Mənsum İbrahimov, Səbuhi İbayev, İlkin Əhmədov, bir də rəhmətlik Baba Mahmudoğlu və Səfa Qəhrəmanov. Onların hər birinə ayrı-ayrılıqda böyük hörmət bəsləmişəm. Çünki hərəsinin öz dəsti-xətti olub. Xoşbəxt Leyliyəm ki, səhnədə belə gözəl sənətkarlarla tərəf-müqabili olmuşam”.
Cəvahir
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO