Oliqarx balaları və bahalı maşınları - FOTO
Bizi izləyin

Tabloid.az

Oliqarx balaları və bahalı maşınları - FOTO

Rusiya oliqarxlarının övladları da valideynləri kimi bahalı avtomobillərə üstünlük verir.

ANS PRESS-in məlumatına görə, onların sürdüyü avtomobillərin dəyəri Moskvada evlərin qiymətlərindən qat-qat bahadır.

Rusiya mətbuatı oliqarx övladlarının hansı avtomobillərdə gəzdiyini araşdırıb. Ortaya olduqca maraqlı görüntülər və faktlar çıxıb.

Yuri Kiselyov. Musiqi prodüseri Vladimir Kiselyovun 17 yaşlı oğlu Yuri boş vaxtlarında Moskvanın ən bahalı əyləncə məkanlarında vaxt keçirir. Praktiki olaraq hər gün Yurini Jukovkada "Marani" gürcü restoranında görüşmək olar. O bura "Bentli-Kontinental"da gəlir. Avtomobilin orta qiyməti 12 milyon rubl təşkil edir.

Cavan oğlanın ailəsinin qarajında həmçinin Sportkar Audi R-8 (9 milyon rubl) və Mercedes E200 (2 milyon rubl) durur.

Diana Çerviçenko, Moskvada məktəbli qız.

"Spartak" futbol klubunun sabiq sahibinin qızı Diana öz sevgilisi müğənni Jasminin oğlu Mixaillə görüşlərə Maybach avtomobilində gedir. Hələ 18 yaşı tamam olmayan Diananı hər yerdə şəxsi sürücü müşayiət edir. Dünyada ən bahalı maşınlardan sayılan Maybach-ın qiyməti 30 milyon rubla çatır.

Mixail Semenduev

Biznesmen Vyaçeslav Semenduevin və müğənni Jasminin 17 yaşlı oğlu Mixail sevgilisi Dianadan daha kiçik təmtəraqla paytaxtda hərəkət edir. Qəlyan həvəskarını dostları ilə şənliklərə qiyməti 10 milyon rubl olan Mercedes Gelandewagen çatdırır.

Alesya Kafelnikova

Məşhur tennisçinin qızı Lesya Kafelnikovanı məktəbə və Parisdə dəb nümayişlərinə təzə "Porshe Panamera" aparır. 16 yaşlı modeli indi 5 milyon rubla olan qara "Porsche Cayenne" daşıyır.

Semyon Fayfman

Birinci kanalının baş direktoru Aleksandr Fayfmanın oğlu Semyonu məktəbə dəyəri 10 milyon rubl olan ağ "Mercedes Gelandewagen" daşıyır.

Kristina Ozimkova
"Taşir" şirkətləri qrupunun şəriki Roman Ozimkovun qızı Kristina klassik nəqliyyat vasitələrinə üstünlük verir. Kristina dəyəri 4 milyon rubl olan "Range Rover"də hərəkət edir.

Çiqirinskaya Mariya

Məşhur biznesmen Şalva Çiqirinskinin qardaş qızı Maşa özü avtomobilini idarə edir, MDBMİ-in tələbəsi beş milyon rubl dəyərində olan "Porsche Cayenne"də gəzir.

Anastasiya Kudryaşkina

Forbes-in daimi sakini İqor Kudryaşkinin 18 yaşlı qızı Nastya "Lexus" (3 milyon rubl) maşınına üstünlük verir.

Diana Manasir

"Stroyqazkonsaltinq" şirkətinin sahibi Ziyad Manasirin 15 yaşlı qızı Diana yaşına baxmayaraq artıq böyük statuslara iddia edir. Qız geyimində də xüsusi markalara üstünlük verir. Onu gündəlik Aldo Coppola salonuna saç yığmaya S-klass Mercedes aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm