Tabloid.az
Miqel de Servantesin məzarı tapıldı
İspaniyada ölümündən az qala 400 il sonra ədəbiyyatın çox sevilən nəhəngi Miqel de Servantesin (Miguel de Cervantes) məzarı aşkar olunub.
Publika.az-ın məlumatına görə, Servantes, onun xanımı və başqalarının sümükləri Madriddəki Müqəddəs Üçlük monasrtının zirzəmisində tapılıb.
Tədqiqatçılar deyirlər ki, yazıçının sümüklərinin başqa sümüklərdən ayrılıb öyrənilməsi elmi baxımdan mürəkkəb olacaq.
"Don Kixot"un müəllifi 1616-cı ildə dəfn olunsa da, onun cənazəsi sonradan itirilmişdi. Monastr 1673-cü ildə yenidən qurularkən onun qalıqları yeni binaya köçürülüb, lakin göründüyü kimi sonradan İspaniyanın "Məktublar Şahzadəsi" adlandırılan şəxsin məqbərəsinin aşkarlanmasına əsrlər lazım gəlib.
30 nəfərdən ibarət tədqiqatçılar qrupu binanın altında unudulmuş zirzəmidə məzarı aşkar etmək üçün infraqırmızı kameralardan, 3D skanerlərdən və torpağın altına sirayət edən radardan istifadə edib. Zirzəminin 33 arakəsməsində birində, divara ən yaxın olan hissədə arxeoloqlar Servantesə və onunla birlikdə dəfn olunmuş adamlara məxsus olduğu düşünülən sümükləri aşkar ediblər.
"Qalıqlar çox pis saxlanıb və Miqel de Servantesin fərdi identifikasiyasına imkan vermir", məhkəmə-tibb eksperti Almudena Garcia Rubio deyib.
Lakin tədqiqatşılar əmindirlər ki, tarixi mənbələr Miqel de Servantesin və onunla birlikdə dəfn olunanların məzarının məhz aşkar edilən qəbirdə olduğunu göstərir.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi