Ancelina Colini qızları belə təbrik etdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ancelina Colini qızları belə təbrik etdi - FOTOLAR

Los-Ancelesdə 28 "Kids' Choice Awards" ("Uşaqların seçdiyi mükafatlar") mükafatlandırma mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu tədbirdə məşhur simalarla yanaşı, onların uşaqları da iştirak ediblər. Gecədə ən çox xərçəng riskini azaltmaq üçün bu yaxınlarda yumurtalıqılarını əməliyyat etdirən Coli də iştirak edib. Ancelina Coli "Malefisenta" filmindəki roluna görə mükafat qazanıb. Mükafat qazanan aktrisanın qızları buna çox sevinib və analarını təbrik ediblər.

Xatırladaq ki, gecənin aparıcısı müğənni Nik Conas olub. Qonaqlar arasında Cennifer Lopez qüsursuz stili və mini donu ilə diqqət çəkib. Mərasimdə həmçinin Kris Prett, Ceymi Foks, İqqi Azaliya, Cennifer Hadson, Bekhemlər ailəsinin üç üzvü - Romeo, Bruklin, Kruz və başqaları iştirak ediblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm