Tabloid.az
Estetik əməliyyatla gözəlləşdiyini etiraf edən ulduzlar – FOTOLAR
Adətən, məşhurlar estetik əməliyyata tez-tez müraciət edilər. Lakin adətən, estetik əməliyyat sayəsində gözəlləşdiklərini inkar edirlər. Ancaq son illər bunu etiraf etməkdən çəkinməyən ulduzların sayı artır. Ötən gün məşhur müğənni İqqi Azaliyanın sinəsini böyütməsiylə bağlı etdiyi etiraf bir daha estetiklə gözəlləşən məşhurları gündəmə gətirib.
Publika.az həmin gözəlləri təqdim edir:
İqqi Azaliya
Gözəl ulduz döşlərinin silikon olduğunu bu sözlərlə etiraf edib: "4 ay öncə daha böyük döşlərə sahib oldum. İstədiyim paltarları geyinə bilmirdim, indi daha rahatam. Əvvəlcə gənc fanatlarıma pis nümunə ola biləcəyimi düşündüyüm üçün silikon qoydurduğumu gizləmək istədim, ancaq sonra dürüstlüyün ən yaxşı seçim olduğuna qərar verdim”.
Keyli Kuoko
“The Big Bang Theory” adlı serialla məşhurlaşan Keyli 18 yaşında ikən estetik əməliyyata müraciət edib:
"Həyatımda aldığım ən doğru qərar idi. Çünki döşlərim çox kiçik idi, demək olar ki, kişilərdən fərqlənmirdim. Mən seksual görünmək üçün əməliyyat olunmadım, sadəcə olaraq belə daha xoşbəxtəm”.
Eşli Simpson
Eşli Simpson estetik əməliyyat etdirdiyi ilə bağlı iddialara belə cavab verib:
“İki gözünüz var, deməli, mənim cavabımdan asılı olmayaraq, həqiqəti görə bilərsiniz”.
Kelli Roulend
Məşhur müğənni Kelli Roulend də sinəsini böyüdən ulduzlardandır. O, hələ 18 yaşında olarkən bu fikrə düşdüyünü deyib:
"18 yaşım olanda anamla və rəfiqəm Beyonsun anasıyla məsləhətləşmişdim. Onlar da çox yaxşı fikirləşib sonra qərar verməyimi istəmişdilər. Özümü buna hazır hiss etməliydim. Əvvəlcə böyük büstqalterlər geyinərək estetikdən sonra necə görünəcəyimi təxmin etməyə çalışdım. Nə istədiyimi dəqiq biləndən sonra əməliyyat etdirdim”.
Lisa Kudrou
“Friends” serialıyla tanınan Liza Kudrou liseydə oxuyarkən burnunu estetik əməliyyat etdirib.
"Əməliyyat yazda baş tutmuşdu. Tətildən sonra yeni bir məktəbə gedəcəkdim. Çox yaxşı olmuşdu, bu dəyişikliyi bəyənmişdim”.
Ləman Sultan
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO