Nida.az
Müsavatda namizədlik davası böyüyür: ADR-çilər üçün ciddi təhlükə
ADR-də təmsil olunan müsavatçıların deputatlığa namizədliklərinin irəli sürülməsi Müsavat Partiyasında birmənalı qarşılanmayıb.
ADR İdarə Heyətinin üzvü Vurğun Əyyubun Suraxanı rayon təşkilatı
tərəfindən parlament seçkilərinə namizəd göstərilməsinin ardından,
partiyanın Qadınlar Birliyi digər ADR təmsilçisi Ellada Məmmədlini
Xətai rayonu üzrə namizəd göstərib.
E. Məmmədli Publika.az-a açıqlamasında bildirib
ki, namizədliyinin irəli sürülməsi onun üçün gözlənilməz olub: “Mən
ADR-də təmsil olunuram və çıxışlarımdan sonra Qadınlar Birliyinin
mənim namizədliyimi irəli sürməsi gözlənilməz oldu. Lakin qərar
verilib və mən buna qarşı çıxsaydım belə, bir səslə azlıqda
qalacaqdım”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı
isə Publika.az-a açıqlamasında tələsməməyi tövsiyə
edib.
“Müsavat Partiyasının deputatlığa namizəd siyahısı hələ
hazırlanmayıb. Hazırda bu haqda danışmaq da tezdir. Buna görə hər
şey nizamnamə çərçivəsində həll olunacaq”, - deyə o bildirib.
Bu arada Arif Hacılının müavini Elman Fəttahın “facebook”dakı
qapalı Müsavat qrupunda yazdığı fikirlər ADR-də təmsil olunan
müsavatçılar üçün gələcək təhlükədən xəbər verir.
“Anti-müsavat fəaliyyətinə görə xəbərdarlıq almış Ellada Məmmədli
bundan nəticə çıxartmayıb. Rifah deyilən təşkilatın rəhbərliyində
olan şəxslər Müsavat üzvü qalmayacaqlar. Özünə hörmət edənləri
istefa verəcək, digərlərinin isə partiyadan xaric olunmaları
məsələsinə müvafiq strukturlar baxacaq”, - deyə o bildirib.
Ehtimallara görə, hazırda hədəfdə olanlar namizədlikləri irəli
sürülən Vurğun Əyyub və Ellada Məmmədlidir.
Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli isə V. Əyyubun
deputatlığa namizədliyini irəli sürən Suraxanı rayon təşkilatını
sərt tənqid edib.
“Artıq 6 aydır Suraxanı rayon təşkilatının rəhbərliyi sabotajla
məşğuldur, partiyanın qərarlarını icra etmir, üzvlük haqqını
ödəmir. Nümayişkaranə şəkildə Sədrlər Şurasına, Məclisə
qatılmırlar, partiya ilə əlaqəni tamamilə kəsiblər. Bütün bunlar
partiyanın nizamnaməsinə tamamilə ziddir.
Müsavatın qərarlarını icra etməyən və nizamnamə tələblərini yerinə yetirməyən təşkilatlar haqqında tədbirlər görülür və yəqin ki, bu məsələyə də baxılacaq. Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin də səlahiyyət müddəti artıq keçən il başa çatıb və onlar mütləq konfrans keçirərək nizamnamə tələbinə uyğun olaraq yeni sədr seçməlidirlər”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR