Dünya
İrandan yeni xəbərdarlıq: “Ərdoğan bundan sonra İrana gələ bilər”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana gələn ay etməsi planlaşdırılan səfərlə bağlı İrandan növbəti xəbərdarlıq gəlib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran parlamentinin araşdırma komissiyasının başçısı Məhəmməd Mehdi Zahidi Ərdoğanın İrana səfərinin təxirə salınmalı olduğunu bildirib.
O, qeyd edib ki, əks halda mövzu parlamentin gündəliyinə çıxarılacaq. “Ərdoğan İranla bağlı mövqeyində geri addım atmalı, daha sonra Tehrana gəlməlidir”, - komissiya başçısı deyib. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İsmayıl Kövsəri də İranın Xarici İşlər Nazirliyinə çağırış edərək Ərdoğanın səfərinin ləğv edilməsini tələb edib.
Qeyd edək ki, Ərdoğan bir neçə gün əvvəl Yəməndəki vəziyyətlə bağlı açıqlamasında “İran bölgəni idarə etmək istəyir. İran Yəmən, Suriya və İraqda nə gücü varsa çıxarmalıdır” deyib.
Ömər Dağlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO